Kredit mütəxəssisi üzrə təcrübə proqrami

Vakansiya detalları

  • Şirkət GL ASC (Sizin Lombard)
  • Baxış sayı 421
  • İş növü Tam ştat
  • İş rejimi Ofis
  • Cins İstənilən
  • Yaş aralığı 18 - 30
  • Əmək haqqı 300 - 400 AZN
  • Təcrübə1 ildən aşağı

Vakansiyanı premium et

Kredit mütəxəssisi üzrə təcrübə proqrami

  • Təhsil: Ali
  • Son müraciət tarixi: 06 yan 2024
  • Bakı, Azərbaycan

İş haqqında

Şirkət haqqında:
- 2016-cı ildən fəaliyyətə başlayan “GL” ASC müştərilərə “Sizin Lombard” brendi ilə çevik və keyfiyyətli xidmət göstərir
- Bakı şəhəri və Respublikamızın bölgələrində 53 filial şəbəkəsi ilə müştərilərə daha yaxın və əlçatan olmaqla qızıl girovu əsasında sərfəli kredit əldə etməkdə geniş imkanlar yaradır
- Şirkətimizin prioritet məqsədlərindən biri də işçi heyətimizi gələcək uğurların təməli olan kapital kimi qiymətləndirməkdir
- İnsan kapitalının inkişafı, insan resurslarının idarə edilməsində çevik və müasir metodların tətbiqi, kollektiv arasında motivasiyanın yüksəldilməsi, bilik və bacarıqların artırılması yönündə müxtəlif layihələrdə iştirak, performans dəyərləndirməsi, keyfiyyətli iş mühitinin yaradılması prioritet məqsədlərimizdən
GL ASC-dən Bakı və regionlarda yerləşən (Gəncə, Şəmkir, Tovuz, Qazax, Şirvan, Ağcabədi, Beyləqan, Füzuli, İmişli, Masallı, Lənkaran, Astara, Qusar, Quba, Xaçmaz, Şabran, Siyəzən, Sumqayıt, Mingəçevir, Ağdaş) filialları üzrə əmək haqqı+bonuslu təcrübə proqramı
- Karyeranızı satış təmsilçisi sahəsində görür və bu istiqamətdə bilik və bacarıqlarığınızı inkişaf etdirmək istəyirsinizsə, sizi peşəkar komandamıza qoşulmağa dəvət edirik Öhdəliklər:
- Təlimlərdə aktiv iştirak etmək
- Təlimlərdə keçilənləri mənimsəmək və tətbiq etmək
- Təlimçi və mentorla interaktiv işləmək
- Satış üzrə nəzəri və praktik bacarıqlarını inkişaf etdirməkdir

Tələblər

- Yaşı 18-dən 30-ə qədər (Ali və ya orta ixtisas təhsili alan tələbələr və ya ali və ya orta ixtisas təhsilini bitirmiş gənclər)
- Karyerasını satış işində görmək
- Öyrənməyə açıq olmaq
- Hədəflərlə işləməyi bacarmaq
- Pozitiv ünsiyyət bacarığı
- Komandada işləməyə meyilli olmaq Sizə nə vəd edirik:
- Peşəkar təlimçilərdən müasir satış üsullarını öyrənmə imkanı
- Təcrübəçilərə yaşadıqları ünvana yaxın filiallarda təcrübə proqramı keçmək imkanı
- Ə/h+bonus Qeyd: Təcrübə full-time şəkildə 3 ay müddətinə keçiriləcək. Bu müddəti uğurla keçən namizədlər işə qəbul ediləcəklər

Müraciət vaxtı bitib, bu elana müraciət edə bilməzsiniz !
Telegram