Satiş meneceri

Vakansiya detalları

  • Şirkət İnvest Home
  • Baxış sayı 230
  • İş növü Tam ştat
  • İş rejimi Ofis
  • Cins İstənilən
  • Yaş aralığı 20 - 35
  • Əmək haqqı 800 - 1500 AZN
  • Təcrübə1 ildən aşağı

Vakansiyanı premium et

Satiş meneceri

  • Təhsil: Ali
  • Son müraciət tarixi: 20 iyl 2025
  • Bakı, Azərbaycan

İş haqqında

- Satış Meneceri / Vasitəçi Elanı
- Şirkət: İnvest Home Daşınmaz Əmlak Agentliyi
- Vəzifə: Satış Meneceri / Vasitəçi
- İş yeri: Xətai r., Babək pr. 10E, Rusel Plaza (Xətai metrosunun arxası, Babək plazanın yanı.) İşin Təsviri:
- İnvest Home şirkəti müştərilərə yüksək səviyyədə xidmət göstərən və uğurlu satış əməliyyatlarını təmin edən Satış Meneceri / Vasitəçi axtarır. Əsas vəzifələr:
- Müştərilərlə aktiv əlaqə yaratmaq və onların ehtiyaclarına uyğun daşınmaz əmlak təklif etmək.
- Əmlak nümayişlərini təşkil etmək və satış prosesinə nəzarət etmək.
- Müştəri bazasını genişləndirmək və uzunmüddətli əməkdaşlıq qurmaq.
- Daşınmaz əmlak bazarını araşdırmaq və mövcud trendlər haqqında məlumatlı olmaq.
- Şirkətin təyin etdiyi satış hədəflərinə çatmaq. İş şərtləri:
- İş saatları: 10:00-dan - 19:00-dək, həftənin 6 iş günü (Bazar günü sərbəstdir).
- Gəlir sistemi: 50/50 gəlir bölgüsü (Satışdan əldə olunan komissiyanın yarısı namizədə məxsusdur. Fiks maaş yoxdur. Uğurlu satışlar qazancınızın daim artmasını təmin edir!).
- Təcrübəsiz namizədlər üçün ödənişsiz təlimlər.
- Geniş müştəri bazası və güclü iş mühiti.
İş yeri:- Ünvan: Xətai r., Babək pr. 10E, Rusel Plaza, Xətai metrosunun arxası. - Daşınmaz əmlak sahəsində uğurlu karyera qurmaq istəyirsinizsə, bizə müraciət edin! İnvest Home komandasında peşəkar inkişaf üçün sizə hərtərəfli dəstək verəcəyik.

Tələblər

Uğurlu satış agenti olmaq üçün axtardığımız keyfiyyətlər:
- Aktiv və çevik yanaşma.
- Ünsiyyət bacarıqları yüksək səviyyədə olmalı (rus və ingilis dillərini bilmək üstünlükdür).
- Məsuliyyətli, etibarlı və nəticəyönümlü olmaq.
- Komanda ilə işləmək bacarığı.
- Müştəri məmnuniyyətini ön planda saxlamaq.
- Şirkətin qoyduğu qaydalara riayət etmək və Vəzifə öhdəliklərini vaxtında yerinə yetirmək.

Müraciət vaxtı bitib, bu elana müraciət edə bilməzsiniz !
Telegram