Sətəm üzrə mütəxəssis

Vakansiya detalları

  • Şirkət Oba Market MMC
  • Baxış sayı 266
  • İş növü Tam ştat
  • İş rejimi Ofis
  • Cins İstənilən
  • Yaş aralığı 25 - 40
  • Əmək haqqı 800 - 900 AZN
  • Təcrübə1 ildən aşağı

Vakansiyanı premium et

Sətəm üzrə mütəxəssis

  • Təhsil: Ali
  • Son müraciət tarixi: 13 iyl 2025
  • Gəncə, Azərbaycan

İş haqqında

- İş yerlərində əməyin mühafizəsinin düzgün yerinə yetirilməsinə nəzarət etmək;
- İş yeri sahələrinin profilaktikasını və əmək şəraitinin yaxşılaşdırılmasını təşkil etmək.
- Bədbəxt hadisələrin təhqiq olunmasında iştirak etmək və İZ formalı aktı tərtib etmək.
- Şöbə müdirinin,dövlət nəzarət orqanlarının göstərişlərinin yerinə yetirilməsi,nəzarət nəticəsində aşkar edilmiş nöqsanların aradan qaldırılması üzrə müvafiq tədbirlər həyata keçirmək.
- İş yerlərində əməyin təhlükəsizliyi üzrə nişanların (xəbərdaredici,göstərici və s.) və lövhələrin siyahısını tərtib etmək.
- Əməyin təhlükəsizliyi üzrə təlim proqramının təşkilində iştirak etmək və təsdiq olunmuş proqram üzrə işçilərə təlimlər keçmək;
- Qurğu və avadanlıqların vaxtaşırı sınaqlarının, qoruyucu və fərdi mühafizə vasitələrinə, qurğulara texniki baxışın keçirilməsinə nəzarət etmək;
- İşçilər və bilavasitə işə rəhbərlik edən şəxslər tərəfindən təhlükəsizlik qaydalarına əməl edilməsinə nəzarət etmək;
- Müəssisədə istismar olunan yüksək təhlükəli obyekt və avadanlıqların, habelə təhlükəsizlik və nəzarət cihazlarının texniki vəziyyəti barədə sənədləşdirmənin düzgün aparılmasına nəzarət etmək;
- İstehsalat sahələri üçün əməyin mühafizəsi məsələlərinə aid normativ texniki sənədlərin alınması üçün tələbnamə tərtib etmək;
- İşçilərin fərdi mühafizə vasitələri ilə təmin olunması və FMV-dən düzgün istifadə olunmasına nəzarət etmək.İş yerlərində risk analizi aparmaq, risklərin idarə olunması üzrə tədbirlərin həyata keçirilməsinə nəzarət etmək;
- Struktur rəhbərlərinin işçilərə ilkin və təkrar təlimat keçmələrinə nəzarət etmək, təlimatların qeyd jurnallarının vəziyyətini yoxlamaq;
- Əməyin və ətraf mühitin mühafizəsi norma və qaydaları üzrə aşkar etdiyi pozuntuların aradan qaldırılması barədə bütün vəzifəli şəxslərə və mütəxəssislərə icrası məcburi olan göstərişlər vermək.
- Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır. Təminatlar:
- Nahar Ödənişi
- Nəqliyyat və amortizasiya xərci.
- Korporativ nömrə.

Tələblər

- Təhsil səviyyəsi: Ali
- İş təcrübəsi: Müvafiq sahə üzrə 1 il iş təcrübəsi
- Avtomobil (Mütləq) (Yanacaq xərcləri qarşılanır)
- Müvafiq qanunvericilik aktları və normalarını üzrə biliklər
- Müvafiq sahə üzrə Sertifikatlar arzuolunandır
- Komandada işləmə, təşkilatçılıq, ünsiyyət və peşəkar münasibətlərin qurulması bacarıqları. Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu (subject) hissəsinə “SƏTƏM üzrə mütəxəssis (Gəncə)"yazaraq mail ünvanına göndərmələri xahiş olunur.

Müraciət vaxtı bitib, bu elana müraciət edə bilməzsiniz !
Telegram