Kadrlar üzrə köməkçi mütəxəssis

Vakansiya detalları

  • Şirkət Rəqəmsal Səhiyyə Mərkəzi PHŞ
  • Baxış sayı 286
  • İş növü Tam ştat
  • İş rejimi Ofis
  • Cins İstənilən
  • Yaş aralığı 27 - 40
  • Əmək haqqı 400 - 500 AZN
  • Təcrübə3 ildən 5 ilə qədər

Vakansiyanı premium et

Kadrlar üzrə köməkçi mütəxəssis

  • Təhsil: Ali
  • Son müraciət tarixi: 05 iyl 2025
  • Bakı, Azərbaycan

İş haqqında

- Azərbaycan Respublikasının Əmək Qanunvericiliyinə, Nizamnamə, Təlimatlara və Mərkəzin Baş Direktorunun əmrlərinə uyğun işçilərin qəbulu, başqa vəzifəyə keçirilməsi, işdən azad edilmələrinin və s. sənədlərin rəsmiləşdirilməsi.
- İşçilərin məlumatlar bazasının doldurulması.
- Məzuniyyət qrafiklərinin tərtib edilməsi, işçilərə məzuniyyətlərin verilməsinin uçotunun aparılması, verilən məzuniyyətlərin cədvəl üzrə istifadə edilməsinə nəzarət edilməsi.
- Məzuniyyət əmrlərinin hesablanması
- Həftəlik və aylıq hesabatların hazırlanması.
- Ştat cədvəlinə əsasən mövcud vakant yerlərə nəzarət.
- Vakansiyaya uyğun namizədlərin seçilməsi.
- Əmrlərin yazılması (məzuniyyət, ezamiyyət, əvəzçilik, işə qəbul, işdən çıxma, intizam məsuliyyətinə cəlbetmə haqqında və s.).
- İşçilərlə onların əmək müqavilələrində qeyd edilmiş şərt və müddəalara, yerli qanunvericiliyə, eləcə də prosedurlarına müvafiq olaraq ədalətlə və vicdanla rəftar edildiyini təmin etmək.
- Mərkəz daxilində bütün işçilərə nəzarət etmək, şöbənin əməliyyatlar üzrə təlimatında müəyyən edildiyi kimi düzgün xidmət standartları və metodlarının həyat keçirilməsini təmin etmək.
- Kadrlar üzrə cari və perspektiv planları işləyib hazırlamaq.
- İşçilərin maddi və intizam məsuliyyətinə cəlb olunması üçün materialların hazırlamaq.
- Mərkəz tərəfindən istifadə olunan proqramda işci bazasının işlənməsi.
- Həftə içi 5 iş günü.

Tələblər

- Ali təhsilli
- Müvafiq sahədə 3+ il təcrübə
- Azərbaycan Respublikası Əmək Məcəlləsi üzrə biliklər,
- Elektron Hökumət Portalı ilə işləmək bacarıqları
- Ofis proqramlarını mükəmməl bilməli
- Ünsiyyət,davranış, komandada işləmək, idarəetmə bacarıqları.
- İngilis və Rus dili arzu olunandır.

Müraciət vaxtı bitib, bu elana müraciət edə bilməzsiniz !
Telegram