Maddi vəsaitlər üzrə mühasib

Vakansiya detalları

  • Şirkət Oba Market MMC
  • Baxış sayı 219
  • İş növü Tam ştat
  • İş rejimi Ofis
  • Cins İstənilən
  • Yaş aralığı 22 - 30
  • Əmək haqqı 800 - 900 AZN
  • Təcrübə1 ildən 3 ilə qədər

Vakansiyanı premium et

Maddi vəsaitlər üzrə mühasib

  • Təhsil: Ali
  • Son müraciət tarixi: 29 iyn 2025
  • Bakı, Azərbaycan

İş haqqında

- Maddi və əsas vəsaitlərin uçotunu aparmaq və sistemə düzgün daxil etmək
- Yeni alınmış vəsaitlərin amortizasiya və istismar müddətlərini müəyyənləşdirmək
- Alış sənədlərini müqavilə və sifariş blanklarına uyğun olaraq yoxlamaq və təsdiqləmək
- Həftəlik ödəniş planlarını hazırlamaq, tədarükçü və podratçılar üzrə ödəniş prosesini izləmək
- Təhtəl şəxslərə vəsait ayırmaq, təhtəl kassalara nəzarət etmək və üzləşmələri aparmaq
- Tikinti və təmir layihələri üzrə smeta sənədlərini və forma 2-ləri yoxlamaq
- Filial sayımı sonrası artıq və əskik gəlmələri sistemə işləmək və təhlil etmək
- Aylıq silinmələri, qalıq dəyərləri və faktiki alışları təhlil edərək hesabatlar hazırlamaq.
- İş fəaliyyəti ilə bağlı hesabatların vaxtında hazırlanmasını və rəhbərliyə təqdim edilməsini təmin etmək.

Tələblər

- Ali təhsil (Maliyyə, Mühasibatlıq və ya İqtisadiyyat üzrə)
- Müvafiq sahədə minimum 1 il iş təcrübəsi
- MS Office proqramlarında, xüsusilə Excel proqramında yaxşı
səviyyədə işləmək bacarığı
- MS Excel və Tiger ERP proqramında sərbəst işləmək bacarığı
- Logo Tiger ERP proqramı üzrə biliklər (üstünlükdür)
- Analitik düşüncə və detallara diqqət
- Məsuliyyətli, dəqiq və təşəbbüskar olmaq.

Müraciət vaxtı bitib, bu elana müraciət edə bilməzsiniz !
Telegram