Istehsalat rəhbəri

Vakansiya detalları

  • Şirkət Brandex
  • Baxış sayı 249
  • İş növü Tam ştat
  • İş rejimi Ofis
  • Cins İstənilən
  • Yaş aralığı 30 - 50
  • Əmək haqqı 1200 - 1700 AZN
  • Təcrübə3 ildən 5 ilə qədər

Vakansiyanı premium et

Istehsalat rəhbəri

  • Təhsil: Natamam ali
  • Son müraciət tarixi: 12 iyn 2025
  • Bakı, Azərbaycan

İş haqqında

- Şirkət reklam xidmətləri üzrə ixtisaslaşaraq, obyektlərin dizaynı, layihələndirməsi, interyer və eksteryer işlərinin həyata keçirilməsi, mebel (stend, vitrin, dekorativ tərtibat), reklam (daxili və çöl), metal konstruksiyaların hazırlanması üzrə fəaliyyət göstərir
- İstehsal müəssisəsinin ümumi istehsal fəaliyyətini idarə və təşkil etmək
- İşin keyfiyyətinə nəzarət etmək
- İstehsal fəaliyyətinin hazırlanan məhsulun və xidmətin keyfiyyətinin yüksəldilməsinə və müştərilərə xidmət mədəniyyətinin artırılmasına yönəldilməsi
- Keyfiyyət standartlarının və təhlükəsizlik qaydalarının planlaşdırılması və vaxtında təmin edilməsi
- Bütün ehtiyatlardan qənaətlə istifadə olunması, yeni məhsulun və texnoloji proseslərin mənimsənilməsi, əmək məhsuldarlığının yüksəldilməsi
- İstehsal fəaliyyəti üzrə hesabatların vaxtında tərtib edilərək təqdim olunması
- Avadanlıqların və başqa əsas vəsaitlərin vaxtında tənzimlənməsini və texniki cəhətdən düzgün istismarını, həmçinin onların qrafik üzrə baxımını təmin etmək
- İstehsalata daxil olan xammalın keyfiyyətinə, məhsulun hazırlanması texnologiyasına və xammalın istifadə normalarına daimi olaraq nəzarət edilməsi
- İşçilərin iş bacarıqlarının qaldırılması üzrə daimi olaraq işin aparılması, əməyin qorunması və texniki təhlükəsizlik üzrə təlimatların verilməsi
- Rəhbərlik tərəfindən verilən tapşırıqları yerinə yetirmək
İş şəraiti:
- İş qrafiki 09:00-dan - 18:00-dək, bazar və bayram günləri istirahət
- Rəsmi işə götürülməsi (əmək müqaviləsi bağlanılır)
- Maaşdan əlavə proyektlər üzrə bonus məbləğləri
- Əmək haqqı namizədin bilik və bacarıqlarına görə dəyişilə bilər
- Qidalanma, telefon və nəqliyyat xərcləri Müraciətlərə yalnız CV yolu ilə baxılır. Qeyd olunan tələblərə uyğun olmayan müraciətlərə baxılmır. Reklam və mebel (stend) sahəsində təcrübəsi olmayan şəxslərin müraciət etməməsi xahiş olunur!

Tələblər

- Mebel və Reklam istehsalı üzrə iş təcrübəsi (reklam və mebel istehsalı üzrə geniş təcrübə və texniki biliklər mütləqdir)
- Bu sahədə iş təcrübəsi: 3-5 il
- İstehsalatın planlaması, təşkili, idarə edilməsi üzrə iş təcrübəsi
- İstehsalatın təşkilini və texnologiyasını bilməli
- İstehsal olunan məhsulların keyfiyyətinə olan ümumi tələbləri bilməli
- Məhsulun qiymətlərinin yaranması texnologiyasını, smeta hesablanması qaydalarını bilməli
- Əməyin qorunması, texniki təhlükəsizlik, yanğından mühafizə qaydalarını bilməli
- Kompyuter proqramlarından və Corel Draw proqramından sərbəst istifadə
- Azərbaycan dili səlis, Rus dili biliyi üstünlükdür

Müraciət vaxtı bitib, bu elana müraciət edə bilməzsiniz !
Telegram