Baş mühasib

Vakansiya detalları

  • Şirkət Liman Hospital
  • Baxış sayı 274
  • İş növü Tam ştat
  • İş rejimi Ofis
  • Cins İstənilən
  • Yaş aralığı 35 - 50
  • Əmək haqqı 700 - 800 AZN
  • Təcrübə5 ildən artıq

Vakansiyanı premium et

Baş mühasib

  • Təhsil: Ali
  • Son müraciət tarixi: 02 iyn 2025
  • Sumqayıt, Azərbaycan

İş haqqında

- Müəssisənin maliyyə-təsərrüfat fəaliyyətinin mühasibat uçotu və hesabat sənədlərində əks etdirilməsi üzrə fəaliyyətin təşkili və nəzarət edilməsi,
- Müəssisə tərəfindən həyata keçirilən bütün maliyyə-təsərrüfat əməliyyatlarının mühasibat uçotunda düzgün əks etdirilməsi,mühasibat-maliyyə hesabatlarının müəyyən edilmiş müddətdə tərtib və təqdim edilməsinin təşkili və nəzarət edilməsi,
- İlkin mühasibat sənədlərinin,hesablaşmaların və ödəniş öhdəliklərinin hazırlanmasına,əməkhaqqı fondunun sərf olunmasına,əmtəə-mal qiymətlərinin və əsas fondlarının inventarizasiyasının aparılmasına nəzarət edilməsi,
- Maliyyə nizamına ciddi əməl edilməsi,inzibati təsərrüfat və digər xərclərin ,debitor borclarının,çatışmazlıqların və digər hesabatların mühasibat uçotunda düzgün əks etdirtilməsinin təmin edilməsi,
- DSMF,Vergi,Statistika hesabatlarının vaxtında tərtib və təqdim edilməsi.
- Həftə içi 5 iş günü

Tələblər

- Təhsil: Ali (Mühasibat uçotu və audit,İqtisadiyyat,Menecment və Maliyyə ixtisasları),
- Tibbi müəssisədə iş təcrübəsi,
- Mühasibatlıq sahəsində minimum 5 il iş təcrübəsi (3 il müvafiq sahədə rəhbər vəzifədə iş təcrübəsi),
- Vergi Məcəlləsini yüksək səviyyədə bilməlidir,
- Azərbaycan dilində sərbəst,rus və ingilis dilləri arzuolunandır,
- MC Office proqramlarında işləmə bacarığı (Excel proqramını yüksək səviyyədə bilməli),
- ACCA,CFA sahəsində biliklərə malik namizədlərə üstünlük verilir,
- Vergi qanunvericiliyini səlis bilməlidir,
- Komanda ilə işləmə qabiliyyəti,
- Operativlik,məsuliyyətlilik,
- Analitik düşünmə, analiz etmə,diqqətlilik,
- Ədalətlilik və düzgünlük.

Müraciət vaxtı bitib, bu elana müraciət edə bilməzsiniz !
Telegram