Florist/yaşil sahələr üzrə dizayner

Vakansiya detalları

  • Şirkət BMS Green Garden MMC
  • Baxış sayı 270
  • İş növü Tam ştat
  • İş rejimi Ofis
  • Cins İstənilən
  • Yaş aralığı 22 - 45
  • Əmək haqqı 1000 - 1500 AZN
  • Təcrübə1 ildən aşağı

Vakansiyanı premium et

Florist/yaşil sahələr üzrə dizayner

  • Təhsil: Orta
  • Son müraciət tarixi: 29 may 2025
  • Bakı, Azərbaycan

İş haqqında

- İş Bakının müxtəlif park və yaşıl ərazilərində əkilmiş sahələrin estetik baxımdan daha da gözəlləşdirilməsindən ibarətdir.
- Əsas vəzifə — ərazilərə uyğun gül və bitki seçimi təklif etmək, dizayn ideyaları vermək və onların tətbiqinə nəzarət etməkdir.
- İş sahələri daim yüksək nəzarət altındadır, ona görə də detallara diqqət və zövqlü yanaşma əsas şərtdir.
- Lazım olan bütün resurslar təmin olunur: istənilən gül, bitki, işçi qüvvəsi və digər dəstək.
- İş dinamikdir — sahələrə yerində baxış və təklif hazırlamaq əsas fəaliyyətlərdəndir.
- İş qrafiki tamdır, ancaq daha çox nəticəyönümlü işləmə əsas götürülür.
- Maaş 1000–1500 AZN aralığındadır. Yaxşı nəticə göstərən əməkdaşlar əlavə olaraq yüksək qiymətləndirilir.
- Şirkət nəticəyə böyük önəm verir və işi uğurla icra edən əməkdaşları xüsusi olaraq dəyərləndirir.

Tələblər

- Xanım namizədlərə (lakin bəy namizədlər də müraciət edə bilər)
- Floristika, landşaft dizaynı və ya bu sahəyə yaxın sahələrdə təcrübəsi olanlara
- Güclü estetik zövqə sahib olmaq
- Bitkilərlə, xüsusilə güllərlə işləməyi sevmək
- Əkilmiş sahələri gözəlləşdirmək üçün yaradıcı ideyalar verə bilmək.
- Detallara diqqətli olmaq
- Çevik düşünə bilmək və sahəyə uyğun sürətli qərarlar verə bilmək.
- Lazım gəldikdə hansı güllərin, bitkilərin seçiləcəyi barədə düzgün təkliflər vermək.
- Komanda ilə işləyə bilmək (çünki istənilən qədər işçi dəstəyi olacaq)
- İşə məsuliyyətli və peşəkar yanaşmaq
- Ərazilərin daim yüksək nəzarət altında olduğunu nəzərə alaraq işini həssaslıqla yerinə yetirmək
- Tələblərə uyğunluq və zövqlü təqdimatlar etmək
- Yaradıcı yanaşmanı işə yansıtmaq və dəyişikliklərə açıq olmaq.

Müraciət vaxtı bitib, bu elana müraciət edə bilməzsiniz !
Telegram