Insan resurslari üzrə mütəxəssis

Vakansiya detalları

  • Şirkət Qədim Gence tendiri sirketi
  • Baxış sayı 386
  • İş növü Tam ştat
  • İş rejimi Ofis
  • Cins İstənilən
  • Yaş aralığı 25 - 55
  • Əmək haqqı 1000 - 1500 AZN
  • Təcrübə1 ildən 3 ilə qədər

Vakansiyanı premium et

Insan resurslari üzrə mütəxəssis

  • Təhsil: Ali
  • Son müraciət tarixi: 28 may 2025
  • Bakı, Azərbaycan

İş haqqında

- Əmək qanunvericiliyinə uyğun olaraq işçilərin işə qəbulu, vəzifə dəyişikliyi, işdən azad edilmələri və s. sənədləri rəsmiləşdirilmək
- Vəzifə təlimatlarının hazırlanması;
- İşçilərin davamiyyətinə və iş qrafiklərinə nəzarət edilməsi ayın sonu davamiyyət tabellərini hazırlayaraq mühasibatlığa təhvil vermək;
- “ƏMAS” portalında əməliyyatların aparılması (Əmək müqavilələri, xitam əmrləri, əmək müqavilələrinə dəyişiklik, məzuniyyət əmrləri və s.)
- Məzuniyyət qrafiklərini tərtib etmək, işçilərə məzuniyyətlərin verilməsinin uçotunu aparmaq, verilən məzuniyyətlərin cədvəl üzrə istifadə edilməsinə nəzarət etmək.
- Ştat cədvəlinin tərtibi, ona müvafiq əlavə və dəyişiklikləri etmək
- Ezamiyyət sənədlərini rəsmiləşdirmək və qeydiyyatlarını aparmaq
- İşçilər barədə məlumat bazasını yaratmaq, yenilik və dəyişiklikləri daxil etmək
- İşçilərin əmək fəaliyyətlərinə dair arayışların və xasiyyətnamələri hazırlamaq
- İşçilərin əmək və icra intizamının pozulması ilə bağlı müvafiq tədbirləri rəsmiləşdirmək
- Şəxsi heyətin uçotu və kadrlarla iş üzrə müəyyən olunmuş hesabatın tərtib olunmasını təşkil etmək
- Açıq olan vakansiyaların elana hazırlamaq və yerləşdirmək, CV incələmə, vakansiyalara uyğun namizədlərin seçmək, ilkin müsahibələri təşkil etmək, ilkin işəqəbul müsahibələri ilə bağlı nəticələri hazırlanmaq, müsahibə nəticələri barədə namizədləri xəbərdar etmək.
- İş rejimi: Həftənin 6 iş günü.
- İş saatı: 09:00-dan - 19:00-dək.

Tələblər

- Ali təhsil
- İR sahəsində minimum 2 il iş təcrübəsi
- Əmək qanunvericiliyini və kadr kargüzarlığını çox yaxşı bilməli
- ƏMAS və İSB portallarında olan son dəyişikliklərə hakim olmalı
- Analitik düşünmə qabiliyyətinin güclü olması
- MS Office proqramlarını çox yaxşı bilməli
- Yüksək səviyyədə yazılı və şifahı ünsiyyət bacarığı;
- Məsuliyyəti öz üzərinə götürərərək iş prosesini izləmək bacarığı olan
- Gənc, dinamik və inkişafa açıq
- Karyera inkişafına həvəsli olan.

Müraciət vaxtı bitib, bu elana müraciət edə bilməzsiniz !
Telegram