Ir üzrə mütəxəssis

Vakansiya detalları

  • Şirkət "Azeristeel" MMC Metal Konustruksiyalar Zavodu
  • Baxış sayı 207
  • İş növü Tam ştat
  • İş rejimi Ofis
  • Cins İstənilən
  • Yaş aralığı 21 - 45
  • Əmək haqqı 600 - 900 AZN
  • Təcrübə1 ildən 3 ilə qədər

Vakansiyanı premium et

Ir üzrə mütəxəssis

  • Təhsil: Ali
  • Son müraciət tarixi: 04 may 2025
  • Bakı, Azərbaycan

İş haqqında

Qaradağ r-nu ərazisində yaşayanlara üstünlük verilir.
Öhdəliklər:
- Əmək qanunvericiliyinə, əsasnamə və təlimata müvafiq olaraq işçilərin işə qəbul edilməsi, vəzifə dəyişikliyi, ezamiyyət, məzuniyyət və işdən azad olunmalarının rəsmiləşdirilməsi;
- İşçilərə növbəli şəkildə məzuniyyətlərin verilməsi uçotunun aparılması, növbəti il üçün məzuniyyət qrafikinin tərtib olunması və izlənilməsi.
- ƏMAS-da müvafiq əməliyyatların icra edilməsi;
- Tikinti gedən layihələrdə mütəmadi olaraq kadrlarla bağlı yoxlamaların (əsasən öhdəliklərin icrası və davamiyyətin düzgün aparılması) aparılması, analizi və əldə olunan nəticələrə əsasən şöbə müdirinə təqdimatların verilməsi;
- İşçilərin şəxsi işlərinin formalaşdırılması, tamlığının təmin edilməsi və daxili sənəd dövriyyəsi işinin təşkilinə nəzarət;
- Yeni vəzifələr üzrə vəzifə təlimatlarının tərtib edilməsi və təsdiq üçün razılaşdırılması.
- Kadr axınının səbəblərini araşdırmaqla onun aradan qaldırılması tədbirlərinin işlənib hazırlanmasında yaxından iştirakı.
- İşçi ehtiyacına olan tələbi müəyyənləşdirməklə müvafiq elanların yerləşdirilməsi, kadr bazasının formalaşdırılması, ilkin mərhələdə namizədlərin seçilməsi və müsahibənin təşkili;
- İşçilər tərəfindən daxili intizam qaydalarına əməl olunmasına nəzarətin həyata keçirilməsi; İş rejimi:
- 6 günlük Təminatlar:
- Naharla təmin edilmə
- Korporativ nömrə ilə təmin edilmə.

Tələblər

- Ali təhsil və ya tam orta təhsil
- Yaş həddi: 21- 45 yaş
- Müvafiq sahədə idarəetmə üzrə azı 1 il iş təcrübəsi
- AR Əmək qanunvericiliyini yüksək səviyyədə bilməli
- İnsan resurslarının idarə olunması biliklərinə sahib olmalı
- Komandada işləmə və yüksək idarəetmə bacarığı
- Məsuliyyət və punktuallıq
- MS Office proqramları
- 1 C 8.3 versiyasında işləmə bacarığı üstünlükdür.

Müraciət vaxtı bitib, bu elana müraciət edə bilməzsiniz !
Telegram