Xadimə (ev üçün)
Vakansiya haqqında
- Şəxsi yaşayış evində gündəlik məişət işlərinin yerinə yetirilməsi, evin təmizliyinin və səliqəsinin təmin olunması, həmçinin yeməklərin hazırlanması üçün məsuliyyətli, səliqəli vəişinə ciddi yanaşan xadimə axtarılır
- İş qrafiki: Həftədə 5 iş günü
- İş saatları: 08:00 – 16:00
Əmək haqqı: 600 AZN
- İş yeri: Şəxsi yaşayış evi
- Yaş həddi; 40 yaş
- Ünvan: Xətai rayonu, 8 noyabr prospekti, Həzi Aslanov qəsəbəsi
- Qeyd: İşçinin yaşayış ünvanının Xətai rayonu, Ukrayna dairəsi, Nobel dairəsi və Əhmədli ərazilərinə yaxın olması arzuolunandır. Namizədlərin qeyd olunan ərazilərdə və ya həmin ərazilərə yaxın ərazilərdə yaşamasına üstünlük veriləcək.
- Maraqlanan namizədlər qeyd olunan əlaqə vasitəsi ilə müraciət edə bilərlər.
Tələblər
- Təmizkar, səliqəli və məsuliyyətli olmaq
- Yemək bişirməyi bacarmaq
- Ev işlərində təcrübəli olmaq
- Gigiyena və təmizlik qaydalarına riayət etmək
- İşə vaxtında gəlmək və iş rejiminə riayət etmək
- Etibarlı və nəzakətli davranış;
- Uzunmüddətli əməkdaşlığa üstünlük verilir
- Evin gündəlik və ümumi təmizliyinin həyata keçirilməsi
- Otaqların, mətbəxin, sanitar qovşaqlarının və digər yaşayış sahələrinin təmiz və səliqəli saxlanılması
- Toz alma, süpürmə, silmə və digər təmizlik işlərinin görülməsi
- Paltarların yuyulması, ütülənməsi və səliqəyə salınması
- Mətbəxdə gündəlik səliqə-sahmanın təmin edilməsi
- Ev üçün gündəlik yeməklərin hazırlanması
- Mətbəx əşyalarının və istifadə olunan qabların təmiz saxlanılması
- Evdə ümumi səliqə və gigiyena qaydalarına riayət olunması
- Verilən digər gündəlik məişət tapşırıqlarının vaxtında və keyfiyyətli yerinə yetirilməsi