Biznes Kreditlərin təhlili üzrə aparıcı mütəxəssis / baş mütəxəssis

Təhsil: -DigərSon müraciət: 28 oktyabr 2026

Vakansiya haqqında

Biznes Kreditlərin təhlili üzrə aparıcı mütəxəssis / baş mütəxəssis Biznes Bankçılıq Mərkəzi İş qrafiki: 09:00 - 18:00 (Bazar ertəsi – Cümə) Ünvan: Bakı ş., Yasamal r-nu, Nəriman Nərimanov pros. 206/466 ( Baş ofis)

NAMİZƏDƏ DAİR TƏLƏBLƏR: • Ali təhsil; • Bank sektorunda, xüsusən biznes/korporativ kredit analizi üzrə ən azı 2-3 il iş təcrübəsi; • Azərbaycan dili – əla, Rus və/İngilis dili – yaxşı səviyyədə; • MS Office proqramlarında sərbəst işləmək bacarığı; • Analitik düşüncə, dəqiqlik, məsuliyyətlilik və komanda ilə işləmə bacarığı.

İŞİN TƏSVİRİ: 1.Orta və iri biznes kredit müraciətlərinin dərin maliyyə və risk təhlilinin aparılması. 2.Müştərilərin maliyyə hesabatlarının, biznes modelinin və bazar mövqeyinin qiymətləndirilməsi. 3.Girov təminatlarının adekvatlığı və likvidliyinin yoxlanılması. 4.Kredit rəylərinin hazırlanması və Kredit Komitəsi üçün təqdimatların edilməsi. 5.Mövcud kredit portfelinin izlənməsi və riskli halların vaxtında aşkar edilməsi. 6.Digər şöbələrlə koordinasiyalı işləyərək daxili qaydalara uyğun fəaliyyətin təmin edilməsi.

Uyğun namizədlərdən CV-lərini mövzu sətrində “Biznes Kreditlərin təhlili üzrə aparıcı mütəxəssis/ baş mütəxəssis ” qeydi edərək [email protected] elektron ünvanına göndərməyini xahiş edirik.

Müraciət et

Müraciət et