Medikal tanıtım nümayəndəsi

Təhsil: -BakıDigərSon müraciət: 24 oktyabr 2026

Vakansiya haqqında

Medikal Tanıtım Nümayəndəsi Şirkət: Orzax / BioHerbalBaku / İş yeri: Bakı Yaş aralığı: 25 – 40 / İş rejimi: Tam ştat (sahə işi)

2004-cü ildə fəaliyyətə başlayan Orzax, elmi sübutlara əsaslanan və beynəlxalq standartlara uyğun istehsal olunan qida əlavələri ilə bu gün 50-dən çox ölkədə fəaliyyət göstərən beynəlxalq markadır. Orzax, son 7 il ərzində Türkiyədə OTC (reseptsiz məhsullar) seqmentində lider mövqeyini qoruyaraq, həkim yönümlü və elmi əsaslı strategiyasının effektivliyini bazar nəticələri ilə sübut etmişdir. Azərbaycanda Orzax brendinin rəsmi nümayəndəsi olan BioHerbalBaku MMC, məhsulların həkimlər tərəfindən elmi və klinik əsaslarla tövsiyə olunmasını prioritet hesab edən peşəkar medikal strategiya ilə fəaliyyət göstərir. Bu çərçivədə komandamıza Medikal Tanıtım Nümayəndəsi axtarırıq.

Vəzifənin məqsədi: Medikal Tanıtım Nümayəndəsi Orzax məhsullarının həkimlərə elmi əsaslarla tanıdılmasını təmin edən və sahədə medikal strategiyanın birbaşa icraçısıdır. Bu vəzifə satış yönümlü deyil; əsas məqsəd Orzax məhsullarının həkimlər tərəfindən elmi əsaslarla tövsiyə olunmasını təmin etməkdir.

800 – 1500 AZN əmək haqqı (təcrübəyə görə fərqlənir) Premiya sistemi Yemək kartı Benzin kartı Geyim dəstəyi Davamlı təlim və inkişaf imkanları Güclü beynəlxalq brend və peşəkar komanda ilə işləmək imkanı Müraciət qaydası: [email protected] mövzu hissəsində vakansiya adı qeyd edilərək

Bu vakansiya kimlər üçün DEYİL: “Sadəcə satış etmək istəyirəm” deyənlər Elmi mövzulara maraqsız olanlar Həkim qarşısında özünü rahat və peşəkar ifadə edə bilməyənlər Bu vəzifə sahədə Orzax brendinin elmi təmsilçisidir. Təhsil (aidiyyatlı ixtisaslar): Tibb, Əczaçılıq, Biologiya, Kimya, Biotexnologiya, Qidalanma və dietologiya və digər səhiyyə/bioloji elmlər üzrə ali təhsil

Təcrübə: Təcrübəsiz namizədlər: elmi mövzulara real marağı olan, özünü inkişaf etdirməyə açıq və həkimlərlə işləməyə psixoloji cəhətdən hazır Təcrübəli namizədlər: minimum 2 il medikal tanıtım və ya əlaqəli sahə üzrə təcrübə

Digər tələblər: Həkimlərlə peşəkar kommunikasiya bacarığı Elmi mətnləri anlama və izah etmə qabiliyyəti Səyyar iş rejiminə uyğunluq MS Office bilikləri Dil bilikləri (ingilis və ya rus dili) üstünlükdür.

Müraciət et

Müraciət et