Finance & accounting manager
Vakansiya haqqında
MinVolt şəhər mikro-mobilliyi sahəsində fəaliyyət göstərən texnologiya şirkətidir. Biz kuryerlər üçün elektrik velosipedləri parkını, avtomatlaşdırılmış batareya dəyişmə stansiyaları şəbəkəsini və nəqliyyatın idarə olunması üçün IT platformanı inkişaf etdiririk.
Şirkətin maliyyə funksiyasına tam nəzarət edəcək, maliyyə, mühasibatlıq, vergi və kadr inzibatçılığı proseslərinə cavabdeh olacaq Finance & Accounting Manager axtarırıq.
Bu roldan gözləntimiz: Finance & Accounting Manager istənilən anda aşağıdakı suallara dəqiq cavab verə bilməlidir: Şirkət nə qədər qazanıb → nə qədər xərcləyib → hansı vergi öhdəlikləri yaranıb → uçotda nə əks olunub → hansı maliyyə və vergi riskləri mövcuddur.
Vakansiya üzrə müraciət etmək üçün, namizədlər öz CV-lərini, [email protected] email ünvanına göndərə bilərlər.
Tələblər
• Maliyyə və ya mühasibatlıq sahəsində minimum 3 il iş təcrübəsi;
• Azərbaycan Respublikasının mühasibat və vergi qanunvericiliyini yaxşı bilmək;
• ƏDV və vergi hesabatları ilə praktiki iş təcrübəsi;
• ƏMAS, e-qaimə, e-kassa və elektron vergi sistemləri ilə işləmə bacarığı;
• Excel / Google Sheets proqramlarında yüksək səviyyədə işləmək;
• Diqqətlilik, sistemli düşüncə və yüksək məsuliyyət;
• Səhvləri, uyğunsuzluqları və maliyyə/vergi risklərini müstəqil şəkildə aşkar etmək bacarığı;
• Azərbaycan və rus dillərini bilmək.
Üstünlükdür:
• idxal əməliyyatları olan şirkətdə iş təcrübəsi;
• çoxsaylı əsas vəsaitlərin uçotu üzrə təcrübə;
• idarəetmə uçotunun qurulması təcrübəsi.
• Şirkətin bütün pul axınlarına nəzarət: bank hesabları, kassa, ekvayrinq və digər ödəniş kanalları;
• Daxilolmaların mühasibat və vergi uçotu ilə mütəmadi üzləşdirilməsi;
• Mühasibat uçotunun və ilkin sənədlərin düzgünlüyünə nəzarət;
• ƏDV, mənfəət vergisi, əməkhaqqı üzrə vergilər və digər vergi öhdəliklərinin hesablanması və nəzarəti;
• Vergi bəyannamələri, e-qaimə, e-kassa və ƏDV depozit hesabına nəzarət;
• İdxal əməliyyatları və gömrük sənədləri ilə iş;
• Aylıq maliyyə dövrünün bağlanması;
• P&L, Cash Flow, Balance Sheet və Budget vs Fact hesabatlarının hazırlanması;
• Ödəniş təqviminin idarə olunması;
• Debitor və kreditor borclarına nəzarət;
• Əsas vəsaitlərin, velosipedlərin, batareyaların, avadanlıqların və ehtiyatların uçotu;
• Payroll və kadr inzibatçılığı: əmək müqavilələri, ƏMAS, məzuniyyətlər, xəstəlik vərəqələri, işə qəbul və işdən azad edilmə;
• Banklar, vergi orqanları, auditorlar və xarici məsləhətçilərlə iş;
• CEO üçün maliyyə vəziyyəti, öhdəliklər və risklər üzrə mütəmadi hesabatların hazırlanması.