Nasos servisi üzrə texnik-mexanik

Təhsil: Natamam aliBakıDigərSon müraciət: 19 oktyabr 2026

Vakansiya haqqında

Şirkət: Hydro Heat Tech MMC

İş yeri: Bakı

İş rejimi: 9.00 dan 18.00

Əmək haqqı: Namizədin bilik və təcrübəsinə uyğun olaraq müsahibə zamanı müəyyən ediləcək.

Hydro Heat Tech MMC su nasosları və nasos sistemlərinin servis və texniki xidməti üzrə texnik/mexanik vəzifəsinə işçi axtarır.

- Şirkət tərəfindən Rəsmi işə qəbul;

- Stabil iş şəraiti;

- Peşəkar nasos və servis avadanlıqları ilə işləmək imkanı;

- Təcrübə və peşəkarlığa uyğun əmək haqqı;

- İş prosesində texniki inkişaf və təcrübə qazanmaq imkanı.

Müraciət qaydası:

Namizədlər CV-lərini WhatsApp vasitəsilə +994 77 228 06 91 nömrəsinə göndərə bilərlər.

CV göndərərkən “Nasos servisi üzrə texnik-mexanik” qeyd edilməsi xahiş olunur.

Tələblər

- Mexanika və texniki işlər üzrə anlayış;

- Nasosların təmiri sahəsində təcrübə üstünlükdür;

- Elektrik mühərrikləri haqqında ilkin texniki biliklərin olması;

- Ölçü və əl alətləri ilə işləmə bacarığı;

- Podşipnik, salnik, val və digər mexaniki hissələrlə işləmə bacarığı;

- Texniki problemi müəyyən edib həll etmək bacarığı;

- Məsuliyyətli, intizamlı və komandada işləmə bacarığı;

- Obyektlərdə servis işlərinə getmək imkanının olması.

Üstünlük verilir:

Grundfos, Wilo, EBARA, Zenit, KSB, Pedrollo, Lowara, Calpeda və digər sənaye/su nasoslarının təmiri üzrə təcrübəsi olan namizədlərə.

- Müxtəlif növ su nasoslarının sökülməsi, yığılması və təmiri;

- Nasoslarda yaranmış mexaniki nasazlıqların müəyyən edilməsi;

- Podşipnik, mexaniki salnik, val, çarx, diffuzor və digər ehtiyat hissələrinin yoxlanılması və dəyişdirilməsi;

- Nasos və elektrik mühərriklərinin montaj və demontaj işlərinin görülməsi;

- Nasosların texniki baxışı və profilaktik servisinin aparılması;

- Nasosların işə salınması və işləmə vəziyyətinin yoxlanılması;

- Obyektlərdə servis və təmir işlərinin həyata keçirilməsi;

- Görülən işlər barədə servis rəhbərinə məlumat verilməsi.

Əlaqə telefonu: (012) 409-64-09

Müraciət et

Müraciət et