Satıcı-kassir

Təhsil: OrtaBakıSatış üzrə mütəxəssisSon müraciət: 18 oktyabr 2026

Vakansiya haqqında

Əmək haqqı: 430 – 650 azn İş qrafiki: növbəli Ünvan: Bakı və Sumqayıt şəhərində yerləşən Tamstore mağazaları. (Qeyd: Namizəd faktiki yaşayış yerinə uyğun filial  üzrə  dəyərləndirilir)

Qastronomiya üzrə satıcı Qastronomiya şöbəsində məhsulların müştərilərə təqdim və satışını həyata keçirmək; Məhsulların çeşidi, tərkibi, saxlanma müddəti və qiymətləri barədə müştərilərə məlumat vermək; Çəki ilə satılan məhsulları düzgün çəkərək qablaşdırmaq və müştəriyə təqdim etmək; Məhsul qalıqlarına nəzarət etmək və ehtiyac yarandıqda məsul şəxsə məlumat vermək; Meyvə-tərəvəz üzrə satıcı Meyvə-tərəvəzlərin keyfiyyətini, təzəliyini və yararlılıq vəziyyətini mütəmadi yoxlamaq; Keyfiyyətini itirmiş, zədələnmiş və satışa yararsız məhsulları müəyyən edərək çeşiddən çıxarmaq; Məhsulların çəkilməsi, qablaşdırılması və müştəriyə düzgün təqdim edilməsini təmin etmək; Şöbədə məhsul qalıqlarına və vitrinlərin doluluğuna nəzarət etmək; İş sahəsinin və vitrinlərin təmiz və səliqəli saxlanılmasını təmin etmək; Sanitariya-gigiyena və daxili prosedur qaydalarına riayət etmək. Bişirici-satıcı Hazır məhsulların və bişmiş məmulatların müəyyən edilmiş standartlara uyğun hazırlanmasında iştirak etmək; Hazırlanma prosesində reseptura və texnoloji tələblərə riayət etmək; Hazır məhsulların vitrinlərdə səliqəli və satışa uyğun şəkildə yerləşdirilməsini təmin etmək; Məhsulların keyfiyyətinə, görünüşünə və təzəliyinə nəzarət etmək; Hazır məhsulların porsiyalara bölünməsi, çəkilməsi və qablaşdırılmasını həyata keçirmək; İş sahəsinin təmizliyini və sanitariya-gigiyena qaydalarına uyğunluğunu təmin etmək; Gün ərzində məhsul qalıqlarına və ehtiyaclara nəzarət edərək məsul şəxsə məlumat vermək. Kassir Məhsulların barkodlarını skan etmək və qiymətlərin düzgünlüyünü yoxlamaq; Nağd və nağdsız ödənişləri qəbul etmək; Ödəniş zamanı yaranan fərqləri və uyğunsuzluqları müəyyən edərək məsul şəxsə məlumat vermək; Müştərilərə çek təqdim etmək və ödəniş prosesini düzgün yekunlaşdırmaq; Növbə ərzində kassa qalığının düzgünlüyünə nəzarət etmək;

Müraciət etmək istəyən namizədlər yalnız aşağıdakı nömrələrin WhatsApp-ına yaza bilərlər: • (099) 200-65-66 • (099) 200-97-07 • (099) 200-15-02

Tələblər

Satış sahəsində iş təcrübəsi arzuolunandır; Azərbaycan dilində səlis danışıq Yüksək ünsiyyət və təqdimat bacarığı; Nəzakətli, məsuliyyətli və nəticəyönümlü yanaşma;

Müştərilərə yüksək səviyyəli xidmət göstərmək və fərdi yanaşma təmin etmək; Brendin dəyərlərinə uyğun şəkildə məhsulları təqdim etmək və satış prosesini idarə etmək; Müştəri ehtiyaclarını müəyyən edərək uyğun məhsullar təklif etmək; Mağazanın vizual standartlarını və məhsul düzülüşünü qorumaq; Satış hədəflərinə nail olmaq və komanda ilə effektiv əməkdaşlıq etmək.

Müraciət et

Müraciət et