Zəif axın üzrə texnik

Təhsil: Natamam aliBakıDigərSon müraciət: 16 oktyabr 2026

Vakansiya haqqında

Mühafizə-təhlükəsizlik, videomüşahidə və telekommunikasiya infrastrukturlarının montajı, inteqrasiyası və texniki sazlanmasını həyata keçirmək; • IP və analoq əsaslı videomüşahidə (CCTV) sistemlərinin, o cümlədən NVR, DVR və analitik kameraların quraşdırılması, sazlanması və şəbəkəyə inteqrasiyasını həyata keçirmək; • Ünvanlı və konvensional yanğın xəbərdarlıq sistemlərinin (FAS) montajını, idarəetmə panellərinin sazlanmasını və funksional sınaqlarını həyata keçirmək; • Giriş-çıxışa nəzarət sistemlərinin (ACS), biometrik oxuyucuların, domofonların, turniket və şlaqbaumların quraşdırılması, sazlanması və proqramlaşdırılmasını həyata keçirmək; • Mühafizə-həyəcan siqnalizasiya sistemlərinin, simli və simsiz sensorların və idarəetmə panellərinin quraşdırılması və rabitə kanallarının sazlanmasını təmin etmək; • Kommutasiya şkaflarının (Rack Cabinet) yığılması, patch-panellərin sonlandırılması və lokal şəbəkənin (LAN) fiziki infrastrukturunun qurulması və test edilməsini həyata keçirmək; • Zəif axın sistemləri üzrə kabel xətlərinin layihəyə və texniki tələblərə uyğun çəkilməsini və avadanlıqların düzgün qoşulmasını təmin etmək; • Layihə çertyojlarını və texniki sxemləri oxumaq, layihəyə uyğun montaj və quraşdırma işlərini icra etmək; • Quraşdırılmış sistemlərin funksional və texniki sınaqlarını həyata keçirmək; • Aşkar edilmiş texniki nasazlıqları müəyyən etmək və aradan qaldırmaq; • İcra olunmuş işlərin layihə və texniki tələblərə uyğun şəkildə təhvil verilməsini təmin etmək; • Görülmüş işlər və aşkar edilmiş texniki problemlər barədə müvafiq hesabat və məlumatları təqdim etmək; • Layihə obyektlərində əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarına riayət etmək.

Tələblər

Elektronika, Avtomatika, IT, Telekommunikasiya və ya əlaqəli texniki istiqamət üzrə təhsil və ya müvafiq sahədə peşəkar ixtisaslaşma; • Zəif axın və təhlükəsizlik sistemlərinin montajı, quraşdırılması və sazlanması üzrə minimum 1–2 il praktiki iş təcrübəsi; • CCTV, FAS, ACS, mühafizə-həyəcan siqnalizasiya və digər zəif axın sistemləri üzrə praktiki bilik; • TCP/IP, subnetting, marşrutlaşdırma və əsas şəbəkə protokolları üzrə baza bilikləri; • Təhlükəsizlik və zəif axın avadanlıqlarının konfiqurasiya proqramları ilə işləmək bacarığı; • Layihə çertyojlarını, texniki sxemləri və spesifikasiyaları oxumaq bacarığı; • Kabel sistemlərinin çəkilişi, sonlandırılması və test edilməsi üzrə praktiki bacarıq; • Texniki avadanlıqlarla işləmək və nasazlıqları müəyyənləşdirib aradan qaldırmaq bacarığı; • Komandada işləmək, məsuliyyətli və diqqətli olmaq; • Obyektlərdə və layihə sahələrində işləməyə hazır olmaq; • Əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarına riayət etmək.

Əlaqə telefonu: 0703292064

Müraciət et

Müraciət et