B2b satış təmsilçisi
Vakansiya haqqında
Vakansiya: B2B Satış Meneceri
Şirkət: FEB Group
İş rejimi: Hibrid (Ofis və sahə görüşləri)
Yerləşmə: Bakı
FEB Group komandasına B2B seqmentində aktiv satış bacarığına güvənən, portfeli böyütməyə həvəsli və nəticəyönümlü B2B Satış Meneceri axtarılır.
Təminatlar və İş Şəraiti
- Əməkhaqqı: Sabit maaş + satışdan yüksək bonus/faiz sistemi (müsahibə əsasında təyin olunur).
- Qrafik: 10:00 - 19:00
- Korporativ nömrə və nəqliyyat/yanacaq xərclərinin qarşılanması.
- Karyera inkişafı və peşəkar mühitdə təcrübə qazanmaq imkanı.
Müraciət qaydası:
Uyğun namizədlər CV-lərini mövzu hissəsində "B2B Satış Meneceri" qeyd edərək [email protected] ünvanına göndərə bilərlər.
Tələblər
- B2B satış sahəsində minimum 1 il təcrübə (HORECA və ya istehsalat məhsullarının satışı üzrə təcrübə üstünlükdür).
- Səlis nitq, təqdimat və inandırma bacarığı.
- Aktiv dinləmə və müştəri ehtiyacını düzgün təhlil etmə qabiliyyəti.
- Sahədə dinamik işləmək və rut planlaması apara bilmək vərdişi.
- B kateqoriyalı sürücülük vəsiqəsi və şəxsi avtomobilin olması arzuolunandır.
- Potensial korporativ müştəriləri (HORECA və digər B2B tərəfdaşlar) müəyyən etmək və yeni əməkdaşlıqlar qurmaq.
- Təyin olunmuş marşrut (rut) üzrə və öncədən planlaşdırılmış görüşləri həyata keçirmək.
- Şirkətin məhsullarını peşəkar şəkildə təqdim etmək, müştəri ehtiyaclarını analiz edərək uyğun təkliflər hazırlamaq.
- Danışıqlar aparmaq, qiymət təklifləri və müqavilə şərtlərini razılaşdırmaq.
- Mövcud müştəri bazası ilə mütəmadi əlaqə saxlayaraq təkrar sifarişləri təmin etmək.
- Görüşlərin gedişatı və satış nəticələri barədə rəhbərliyə gündəlik/həftəlik hesabatlar təqdim etmək.