Texniki usta – təhlükəsizlik və zəif axın sistemləri üzrə

Təhsil: AliBakıDigərSon müraciət: 16 oktyabr 2026

Vakansiya haqqında

Əmək haqqı: 600–1000 AZN

İş qrafiki: 6 gün

İş saatları: 09:00 dan –19:00 dək

İstirahət günü: Bazar

PROSOLUTIONS GROUP təhlükəsizlik və zəif axın sistemlərinin quraşdırılması və texniki xidməti üzrə Texniki Usta axtarır.

Əsas iş müxtəlif obyektlərdə avadanlıqların və sistemlərin montajı, kabellərin çəkilməsi, qoşulması və texniki xidmət işlərinin yerinə yetirilməsindən ibarətdir.

Namizədin aşağıda göstərilən bütün sistemlər üzrə mütəxəssis olması tələb olunmur. Sadalanan sistemlərdən ən azı bir neçəsi üzrə praktiki iş təcrübəsinin olması kifayətdir.

Aşağıdakı və ya uyğun texniki ixtisaslardan biri üzrə diplomun olması vacibdir:

- Avtomatlaşdırma və idarəetmə;

- Proseslərin avtomatlaşdırılması mühəndisliyi;

- Elektrik və elektronika mühəndisliyi;

- Elektrik mühəndisliyi;

- Elektroenergetika mühəndisliyi;

- Avtomatika;

- Elektrik, elektronika və avtomatlaşdırma sahəsinə uyğun digər ixtisaslar.

Tələblər

- Montaj və texniki işlər üzrə praktiki təcrübə;

- CCTV, domofon, СКУД, siqnalizasiya, yanğın siqnalizasiya və ya digər zəif axın sistemlərindən ən azı bir neçəsi üzrə təcrübə;

- Elektrik və zəif axın kabellərinin çəkilməsi və qoşulması üzrə ilkin bilik;

- Elektrik alətləri və montaj alətləri ilə işləmək bacarığı;

- Multimetrdən istifadə üzrə ilkin bilik;

- Texniki düşüncə və yeni sistemləri öyrənmək bacarığı;

- Məsuliyyətli və intizamlı olmaq;

- Obyektlərdə işləməyə hazır olmaq.

- Videomüşahidə sistemlərinin (CCTV) montajı;

- Domofon və çoxmənzilli domofon sistemlərinin montajı;

- Girişə nəzarət sistemlərinin (СКУД / ACS) montajı;

- Mühafizə və siqnalizasiya sistemlərinin montajı;

- Yanğın siqnalizasiya sistemlərinin montajı;

- UTP, FTP və digər zəif axın kabellərinin çəkilməsi;

- Kamera, domofon, kart oxuyucu, maqnit kilid, sensor, siren və digər avadanlıqların quraşdırılması və qoşulması;

- Avadanlıqların sazlanması və nasazlıqların aradan qaldırılmasında iştirak;

- Obyektlərdə texniki xidmət və təmir işlərinin yerinə yetirilməsi.

Əlaqə telefonu: (050) 458-00-05

Müraciət et

Müraciət et