Vakansiyaları LinkedIn səhifəmizdən izlə

İzlə

Pərakəndə kreditlər üzrə mütəxəssis/aparıcı mütəxəssis/baş mütəxəssis” ( Bakı, Gəncə,Qəbələ filialı)

Təhsil: -BakıDigərSon müraciət: 8 oktyabr 2026

Vakansiya haqqında

Pərakəndə kreditlər üzrə mütəxəssis/aparıcı mütəxəssis/baş mütəxəssis” ( Bakı, Gəncə,Qəbələ filialı) Bakı / Pərakəndə Bankçılıq Mərkəzi / Qəbələ İş qrafiki: 09:00 - 18:00 (Bazar ertəsi - Cümə) Ünvan: Bakı şəhəri.

NAMİZƏDƏ DAİR TƏLƏBLƏR: Ali təhsil; Bank sektorunda müvafiq sahə üzrə minimum 1 il iş təcrübəsi; Azərbaycan dilində sərbəst danışıq bacarığı , rus dilini bilmək arzu olunandır; Analitik düşüncə, ünsiyyət və komandada işləmək bacarığı; MS Office proqramlarında yüksək səviyyədə işləmək bacarığı.

İŞİN TƏSVİRİ: Bankın siyasəti çərçivəsində qeyd olunmuş kriteriyalara uyğun potensial müştərilərin müəyyənləşdirilməsi; Müəyyənləşdirilən müştərilərin banka qazandırılmasına yönəlmiş fəaliyyətlərin göstərilməsi; Pərakəndə kredit mütaciətləri üzrə tələb edilən sənədlərin toplanması, təhlil edilməsi və Kredit Komissiyasına çıxarılmasını təmin etmək; Təsdiq edilmiş kreditlərin verilməsi üzrə zəruri sənədləşməni rəsmiləşdirmək; Müştəri portfelinin mənfəətlilik, effektivlilik və müştəri haqqında məlumatların məxfiliyi əsasında uyğun idarəedilməsi; Fəaliyyəti zamanı bank və kommersiya sirrinin qorunmasını təmin edir; Müştəri şikayətlərinin həll edilməsi və minimum həddə çatdırılması üçün lazımi tədbirlərin alınması, kifayət etməsə problemin həlli üçün ən qısa zamanda satış rəhbərliyi ilə əlaqə saxlanılması; Çarpaz satış imkanlarının araşdırılması, filial içində digər satış və əməliyyat qrupu ilə birlikdə çarpaz satışlar istiqamətində koordinasiyalı olaraq fəaliyyət göstərilməsi; Bank sənədlərini Azərbaycan Respublikasının mövcud qanunvericiliyinin tələblərinə uyğun qaydada tərtib etmək, qorumaq və rəsmiləşdirmək; Öz vəzifələrinə aid olan məsələlər üzrə müxtəlif hesabatlar hazırlamaq; Rəhbərliyin verdiyi digər tapşırıqları icra etmək.

Uyğun namizədlərdən CV-lərini mövzu sətrində “Pərakəndə kreditlər üzrə mütəxəssis/aparıcı mütəxəssis/baş mütəxəssis” ( Bakı, Gəncə, Qəbələ filialı) qeydi edərək [email protected] elektron ünvanına göndərməyini xahiş edirik.

Müraciət et

Müraciət et