Mikrobioloq
Vakansiya haqqında
Əsas vəzifə öhdəlikləri: Qida məhsullarının içkilər və un məmulatlarının mikrobioloji analizlərinin aparılması; Analiz ediləcək qida məhsullarının normativ sənədlərinə və sanitar-gigiyena tələblərinə uyğun müayinələrinin tam formada həyata keçirilib dəyərləndirilməsinin həyata keçirilməsi; Mikrobioloji hesabatların hazırlanıb rəhbərliyə təqdim edilməsi və mikrobioloji nətəcələr üzrə rəyin verilməsi; Qida mühitlərinin, reaktivlərin və məhlulların hazırlanması; Sənədlərin tərtib edilməsi və keyfiyyət şəhadətnaməsində mikrobioloji nəticələrin təsdiqlənməsi.
Tələb olunan bilik və bacarıqlar : MS Office proqramları biliyi; Qanunvericiliyin əsaslarnı ( AZS, GOST, SANPİN, Metodik qaydalar), əməyin mühafizəsi, təhlükəsizıik texnikası, istehsalat sanitariyası və yanğından mühafizənin norma və qaydalarına dair biliklər; Laborator avadanlıqlardan istifadə qaydalarına dair biliklər; Müayinə metodikalarına dair biliklər; İstehsalatdan nümunələrin götürülmə qaydalarına dair biliklər; Hesabatların aparılması qaydalarına dair biliklər;
Tələb olunan təhsil, iş təcrübəsi və dil bilikləri: Təhsil: Ali bakalavr (Kimya, Qida sənayesi üzrə üstünlükdür); İş təcrübəsi: Mikrobioloq (qida sahəsi üzrə) kimi minimum 2 il iş təcrübəsi;
İş şərtlərimiz: İş qrafiki : 5 günlük; İş yeri : Avrora Sənaye Parkı (Hökməli qəs); Nahar və servis şirkət tərəfindən təmin olunur;
Biz nə təklif edirik: Əmək bazarında rəqabətli əməkhaqqı; İşçilərə qayğı proqramı; Peşəkar komanda mühiti; Şirkət hesabına korporativ nömrə; Təlim və inkişaf imkanları; Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “ Mikrobioloq ” yazaraq [email protected] ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.