Vakansiyaları LinkedIn səhifəmizdən izlə

İzlə

Satış təmsilçisi

Təhsil: OrtaBakıSatış üzrə mütəxəssisSon müraciət: 7 oktyabr 2026

Vakansiya haqqında

PeakPin — Yeni fəaliyyətə başlayan, geolokasiya əsaslı mobil platforma üzərindən yaxınlıqdakı insanlara ətrafdakı biznesləri və təkliflərini göstərir. Şirkət PEAKPİN MMC-dir; komanda indi formalaşır və ilk satış təmsilçilərini axtarırıq.

Nə təklif edirik?

- Rəsmi əmək müqaviləsi, ƏMAS qeydiyyatı, sosial sığorta — ilk gündən

- Sabit əmək haqqı 400 AZN + hər satışdan bonus

- Bonus satış sayına görə artır: günün satışlarının 30%-dən 45%-ə qədər, üstəlik hər aktiv abunədən aylıq 3% — məkan abunədə qaldıqca hər ay

- Real gəlir nümunəsi: gündə 5 satışla ~1 400 AZN, gündə 8 satışla ~2 300 AZN, 12 satışla ~4 500 AZN (brüt, aylıq)

- Aylıq bonus 7 000 AZN-ə qədər

- Ödəniş ayda bir dəfə, karta

- Öz gəlirinizi portalda hər gün görürsünüz — brüt və net, hesab şəffafdır

İş Qrafiki:

- Həftədə 6 gün: B.e–Cümə 09:00–17:00, Şənbə 10:00–15:00

- Səhər ofisdə gün planı, sonra sahədə — işin əsas hissəsi məkanlarda keçir

- Gündəlik minimum satış norması var (başlanğıc dövr üçün gündə 3 abunə)

- Sınaq müddəti 10 gün

Vakansiya sayı: 10. Bölgələr: Səbail, Nəsimi (2), Yasamal, Nərimanov, Nizami, Xətai, Binəqədi, Sabunçu, Suraxanı–Xəzər.

Müraciət üçün CV göndərin və ya «Müraciət et» düyməsinə basın. Uyğun namizədlərlə 3 iş günü ərzində əlaqə saxlanılacaq.

Tələblər

- Yalnız Xanım namizədlər

- Ünsiyyətcil, qapıdan içəri girməkdən çəkinməyən

- Bakını tanıyan, gün ərzində gəzməyə hazır

- Smartfonla rahat işləyən

- Satış təcrübəsi üstünlükdür, məcburi deyil — məhsulu öyrədirik

- Azərbaycan dili sərbəst; xarici dil üstünlükdür

- Təhkim olunmuş Bakı şəhəri üzrə bölgələrdə kafe, restoran, salon, mağaza və digər 40 kateqoriya üzrə biznesləri ziyarət etmək

- PeakPin-i təqdim edib obyekti platformaya abunə etmək,

- Hər satışı və ziyarəti şirkətin mobil portalında qeyd etmək (3 toxunuş — sadədir),

- Abunə olmuş bizneslərin qalıcılığını təmin etmək, müvafiq xidmətlərdən istifadədə köməklik göstərmək.

Əlaqə telefonu: (010) 477-57-77

Müraciət et

Müraciət et