Daxili Audit departamentinə kiçik mütəxəssis/mütəxəssis/aparıcı mütəxəssis vəzifələrinə işə dəvət
Vakansiya haqqında
Vəzifəyə olan tələblər:
• Mühəndislik və ya İqtisadiyyat sahələri üzrə magistr dərəcəsi; • Bank sektorunda daxili audit sahəsində iş təcrübəsi; • Analitik düşünmə və problemlərin həlli bacarıqları; • Məsuliyyətli, diqqətli və komandada işləmək bacarığı.
Əsas vəzifələr:
• Audit yoxlamalarının planlaşdırılması və icrasında iştirak etmək; • Audit hesabatlarının hazırlanmasına dəstək vermək; • Aşkar edilmiş uyğunsuzluqlar üzrə tövsiyələrin hazırlanmasında iştirak etmək.
Göstərilən tələblərə cavab verən namizədlər Avqust ayının 31-dək öz CV formalarını [email protected] elektron ünvanına təqdim etməlidirlər. Müraciət məktubunun mövzu hissəsində “Audit” qeyd edilməsi vacibdir.
13.08.2026