Korporativ satiş meneceri
Vakansiya haqqında
CREA Business Solutions & Consulting Restoran, otel və mağaza idarəetmə proqramları, pərakəndə, topdan satış və istehsalat ERP (Qurumsal Resursların Planlaşdırılması) sistemlərinin tətbiqi və konsaltinq xidmətləri göstərən firmamız komandamıza İT və HoReCa sahəsində ən azı 5 il iş təcrübəsi olan Satış Meneceri dəvət edir.ı Biz — daim inkişaf edən və dinamik komandayıq. Müştərilərlə işləməyi, biznes proseslərini analiz etməyi və proqram təminatı həllərinin satışını həyata keçirməyi bacaran peşəkar mütəxəssis axtarırıq.
İş vaxtı: həftənin 6 günü Bazar ertəsi – cümə: 10:00 dan–19:00 dək Şənbə: 09:00 dan –13:00 dək İstirahət günü: bazar Nahar vaxtı: 13:00 dan –14:00 dək Nəqliyyat və yanacaq xərcləri şirkət tərəfindən qarşılanır Korporativ nömrə və telefon xərcləri şirkət tərəfindən təmin olunur
Peşəkar və dinamik iş mühiti Sabit əməkhaqqı + satışdan faiz Şirkət tərəfindən yanacaq və nəqliyyat xərclərinin qarşılanması Korporativ nömrə və telefon xərclərinin şirkət tərəfindən təmin olunması Şirkətin inkişafı ilə paralel karyera imkanları Güclü və peşəkar komanda ilə çalışma imkanı
Tələblər
Yaş: 25–35 Cins: kişi İT və HoReCa sahəsində minimum 5 il təcrübə İT və HoReCa sahəsində minimum 5 il iş təcrübəsi olan Proqram təminatı və ERP sistemləri haqqında anlayışı olan Restoran, otel və pərakəndə biznes proseslərini anlayan Satış və müştəri münasibətlərinin idarə edilməsində təcrübəli Güclü kommunikasiya və təqdimat bacarıqlarına malik Aktiv, məsuliyyətli və nəticəyönümlü Səfərləri olan iş rejiminə hazır Avtomobilinin olması üstünlükdür
Müştəri obyektlərinə səfərlər etmək, görüşlər keçirmək və məhsul təqdimatları aparmaq Restoran, otel, mağaza və digər bizneslərdə müştəri ehtiyaclarını müəyyənləşdirmək ERP, POS və HoReCa proqram təminatlarının satış prosesini idarə etmək Aktiv satış prosesini həyata keçirmək və müştərini bütün mərhələlərdə müşayiət etmək Mövcud və potensial müştərilərlə uzunmüddətli işgüzar münasibətlər qurmaq Fərdi kommersiya təklifləri hazırlamaq və danışıqlar aparmaq Satış hədəflərinə nail olmaq və satış nəticələrini artırmaq Komanda ilə koordinasiyalı işləmək